Dünyada real əmək haqqı son 20 ildə ilk dəfə olaraq azalıb

1 Dekabr 2022, 10:54
Dünyada real əmək haqqı son 20 ildə ilk dəfə olaraq azalıb
Dünyada real əmək haqqı son 20 ildə ilk dəfə olaraq azalıb

Dünyada insanların alıcılıq qabiliyyətini əks etdirən real əmək haqqı son 20 ildə ilk dəfə aşağı düşüb. Bu barədə məlumat BMT-nin Beynəlxalq Əmək Təşkilatının (BƏT) materialında yer alıb.

FED.az xəbər verir ki, 2022-ci ilin yanvar-iyun aylarında göstərici 0,9% azalıb. BƏT-in analitikləri real əmək haqqının aşağı düşməsini qlobal iqtisadi artımın yavaşlaması, inflyasiyanın artması və Ukraynadakı döyüşlər nəticəsində yaranan enerji böhranı ilə əlaqələndiriblər.

BƏT hesab edir ki, real əmək haqqı ən çox aşağı gəlirli sosial qruplarda düşüb. Fakt budur ki, bu cür insanlar çox vaxt gəlirlərinin əhəmiyyətli bir hissəsini digər kateqoriyalara nisbətən dəyəri daha çox artan zəruri mallara xərcləyirlər.