Dubay investorları - AZƏRBAYCANA GƏLƏCƏK

27 İyun 2022, 22:34
Dubay investorları - AZƏRBAYCANA GƏLƏCƏK
Dubay investorları - AZƏRBAYCANA GƏLƏCƏK

 

İqtisadiyyat naziri Mikayıl Cabbarov Əbu-Dabi İnkişaf Holdinqinin baş icraçı direktoru Məhəmməd Həsən Alsuvaidi ilə görüşüb.

FED.az xəbər verir ki, bu barədə nazir məlumat verib.

“Görüşdə neft-qaz sahəsində əməkdaşlığın genişləndirilməsi, iqtisadiyyatın müxtəlif sahələrinə investisiya qoyuluşuna dair fikir mübadiləsi apardıq. Kənd təsərrüfatı sahəsinə sərmayə yatırmaqda maraqlı olan BƏƏ investorlarından ibarət nümayəndə heyətinin yaxın vaxtlarda Azərbaycana səfəri barədə razılığa gəldik”, - deyə M.Cabbarov qeyd edib.