Dövlət Dəniz və Liman Agentliyinin Mətbuat Xidmətinin hava ilə bağlı MƏLUMATI

23 Sentyabr 2022, 14:04
Dövlət Dəniz və Liman Agentliyinin Mətbuat Xidmətinin hava ilə  bağlı                                                     MƏLUMATI
Dövlət Dəniz və Liman Agentliyinin Mətbuat Xidmətinin hava ilə bağlı MƏLUMATI

Dövlət Dəniz və Liman Agentliyinin Gəmilərin Hərəkətinin İdarəetmə Mərkəzinə bu gün gecədən başlayaraq 26-na kimi havanın dəyişməsi ilə bağlı hidrometeoroloji hadisə haqqında xəbərdarlıq daxil olub.

           Bununla bağlı, Gəmilərin Hərəkətinin İdarəetmə Mərkəzi gəmi sahiblərini, liman kapitanlarını, liman nəzarət müfəttişləri təlimatlandırıb və müvafiq işlərin görülməsi ilə bağlı tapşırıqlar verilib. Həmçinin gəmilərin təhlükəsiz şəkildə lövbər sığınacaqlarında dayanması da təmin olunub.

           Məlumata əsasən, sentyabrın 23-ü gecədən başlayaraq 26-dək Xəzər dəniz akvatoriyasında şimal-qərb, şimal küləyinin 18-23 m/s, arabir 25-28 m/s,  açıq dənizdə isə arabir 30-33 m/s-dək güclənəcəyi  gözlənilir. Dalğanın hündürlüyü 2.0-4.0 metr, sonrakı inkişafda isə 5.0-7.0 metrə çatacağı proqnazlaşdırılır.

           Dövlət Dəniz və Liman Agentliyinin Gəmilərin Hərəkətinin İdarəetmə Mərkəzinin təcrübəli kapitanları bu günlər ərzində hava şəraitinə uyğun olaraq, gəmilərin hərəkətinə və limanlara giriş–çıxışına icazə verəcək.

           Gündəlik iş rejimində olduğu kimi, ölkəmizin  ərazi sularında istər Azərbaycan, istərsə də xarici bayraq altında üzən gəmilərin hərəkətinin təhlükəsizliyi təmin ediləcək.