Xəbər verildiyi kimi, Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsinə başlanılır.
Layihəniin reallaşdırılmasında məqsəd Bakı şəhərinin və ətraf ərazilərin su təminatının yaxşılaşdırılması, ölkənin su təhlükəsizliyi, əhalinin içməli su ilə təminatının artırılması və bu sahəyə yeni texnologiyaların cəlb edilməsidir.
İqtisadiyyat Nazirliyi, Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə layihənin icrası ilə əlaqədar zəruri tədbirlər görülməsini təmin etsin;Bununla bağlı aprel ayında imzalanan sərəmcama əsasən, layihənin reallaşdırılması İqtisadiyyat Nazirliyinə həvalə edilib. Nazirlik və digər dövlət qurumlarının cəlb edilməsi ilə ölkədə ilk dəfə olaraq dəniş suyunun şirinləşdirilməsi üzrə böyük müəssisə qurulacaq. Hələlik layihəyə yeni start veridiyinə görə, onunla bağlı detallar, o cümlədən müəssisənin yeri, istifadə olunacaq, texnologiyala, və şirinləşdirmə üsuları məlum deyil.
Eləcə də layihənin texniki iqitsadi əsaslandırılması – suyun şirinləşdirilməsinə çəkiləcək xərclər və resurslar (xüsusilə elektrik enerjisi), eləcə də layihədən alınan şirin suyun maya dəyəri və qiyməti bilinmir.
Sərəncamdan yalnız o məlumdur ki, dövlət bu üsulla əldə edilən suyu istehsalçı şirkətdən satın alacaq və sonra bu su həcmi mövcud infrastrukturla əhaliyə paylanacaq.
Qeyd edək ki, dəniz suyunun şirinləşdirilməsi ilə üsulu ilə su problemini həll etmək təcrübəsi dünyada çoxdan istifadə edilir.
Hələ 1945-ci ildə İngiltərədə ilk belə qurğu tikildi - burada suyu qaynadıb distillə olunmuş su alırdılar. Bu üsul çox bahalı və enerji aparan idi.
Yeri gəlmişkən, qeyd edək ki, dünyada ilkin termiki üsulla dəniz suyunu şirinləşdirən qurğu vaxtilə məhz Bakıda - Bayıldakı "Krasin" adına istilik-elektrik stansiyasında tətbiq olunmuş və sonradan ərp yaranma problemini həll etmək mümkün olmadığı üçün istifadəsi dayandırılmışdır.
Ən səmərəli üsul – əks osmos (Reverse osmosis/RO) üsulu isə 1960-cı illərdən başlayıb. Bu sistemlə işləyən ilk qurğu Küveytdə tətbiq edilib, hazırda bütün şirinləşdirilən suyun 70%-i bu üsulun payına düşür.
Hazırda bu sahənin pionerlərindən biri İsraildir və Azərbaycanla bu ölkə arasında münasibətlərin hazırki səviyyəsini nəzərə alanda, böyük ehtimalla, Azərbaycandakı müəssisənin qurulmasında da İsrail şirkətləri iştirak edə bilər.
Dünyada su qıtlğı hər bir ölkənin probleminə çevrilib
Ümumiyyətlə, dünyada su qıtlığı və çətinliyi olmayan ölkələr barmaqla sayılacaq qədərdir, ölkələrin əksəriyyətində bu problem mövcuddur və gündən-günə artır. Əksər hallarda problemin həlli kimi dünya okeanı, və ya dəniz suyunun şirinləşdirilmsi nəzərdə tutulur. Hazırda dünyada olan suyun 97,5%-i okeanda dənizlərdəki duzlu sudur. Şirin su isə cəmi 2,5%-dir.
Hazırda dünyada 16 mindən artıq dəniz suyunu şirinləşdirən qurğu işləyir.
Beynəlxalq Dimineralizasiya Assosiasiyasının məlumatına görə, bu qurğular gündə 95 milyon kubmetr şirin su istehsal edirlər. «LUX Research» şirkətinin hesabatına görə 2050-i ildə dünyanın əhalisi indiki ilə müqayisədə 50% artıq olacaq, onların tələbatını ödəmək üçün isə 3 dəfə artıq şirin su tələb olunacaq.
Şirinləşmənin böyük xərcləri
Su probleminin həlli üçün ilk baxışdan dəniz suyunu şirinləşdirmək ən əlverişli üsuldur. Okean suyu boldur, texnologiya var, amma bir problem bu üsulun bahalığıdır. «Food & Water Watch» şirkətinin məlumatına görə, dəniş suyunu şirinləşdirməklə şirin su istehsalı, ənənəvi üsulla şirin su almaqdan 3 dəfə baha başa gəlr.
Üstəlik belə müəssisələrin qurulması üçün böyük vəsait tələb olunur ki, bu heç də bütün ölkələrə müyəssər olmur.
Bu baxımdan ən yaxşı vəziyyət ərəb ölkələrindədir. Doğrudur, orada da şirinləşdirmənin maya dəyəri az deyil, amma ərəb ölkələrinin pul problemi də yoxdur. Və onlar bu sahədə böyük pullar yatırırlar.
İndiyədək təkcə Səudiyyə Ərəbistanı suyun şirinləşdirilməsi layihələrinə 14,6 milyrd dollar, Birləşmiş Ərəb Əmirlikləri 10,3 milyard dollar, İordaniya isə 4 milyard dollardan artıq vəsait yatırıb.
Bunun nəticəsidir ki, hazırda dünyada şirinləşdirilən suyun 30%-i Səudiyyə Ərəbistanının payına düşür. 2019-cu ildə Səudiyyə Ərəbistanınla istifadə olunan şirin suyun 60%-i məhz şirinləşdirmə qurğuları vasitəsilə alınan su olub. Birləşmiş Ərəb Əmirliklərində isə istifadə olunan suyun 50%-ni belə qurğulardan alınan su təşkil dir.
Azərbaycanda da dəniz suyu şirinləşdirilir – gündə 2 min kubmetr
Qeyd edək ki, hələ 2013-cü ildə dövlət baçısının tapşırığı ilə Salyan rayonunun Xıdırlı kəndində dəniz suyunu içməli su səviyysinə qədər təmizləməyə imkan verən Tərs Osmos membranları ilə təchiz olunan və yüksək texnologoiyalara əsaslanan zavod inşa edilib.
İlkin mərhələdə zavod sutkada 1000 kubmetr şirin su istehsal edib. Sonra bu, iki dəfə artırılaraq sutkada 2000 kubmetrə çatdırılıb.
Zavodda gələcəkdə az məsrəfli əlavə işlər görməklə alınan təmiz suyun həcmini 20 000 kubmetrədək çatdırılmasına imkan verəcək müvafiq infrastruktur yaradılıb ki, bu da Azərbaycanda su qıtlığının aradan qaldırılması yolunda atılan mühüm addımlardandır.
Təkcə Salyanda deyil, Şirvan kollektorunun suyunun da suvarılmaya yararlı olması üçün işlər görülüb və görülməkdədir. Burada 2012-ci ildə sutkada 2500 kubmetr gücündə qurğu quraşdırılıb. Dörd il sonra ikinci bir qurğu da inşa edilib ki, onun da gücü iki dəfə artıq su istehsal etməyə imkan yaradıb. 2013-cü ilin yanvarından istismara verilmiş Dəniz suyunun duzsuzlaşdırılması zavodu və Şirvan kollektorunun suyunun duzsuzlaşdırılması qurğularında bu günədək 6 milyon kubmetrdən artıq su istehsal edilib.
Dəniz suynun şirinləşdirilməsi qiyməti
Nə qədər baha olsa da, texnologiyanın inkişafı və yeni üsulların tətbiqi ilə dəniz suyunun şirinləşdirilməsi üzrə maya dəyəri getdikcə azalır. Məsələn, 2000-ci ilə qədər Cənubi Kaliforniyada şirinləşdirmə üsulu ilə alınan suyun maya dəyəri ənənəvi suyun maya dəyərindən 30 dəfə baha idisə, hazırda bu fərq cəmi 2 dəfədir.
ABŞ-da fəaliyyət göstərən Amerika Membran Texnologiyaları Assosiasiyasının məlumatına görə, adi suyun bir kubmetrinin alınması xərcləri 0,9-2,5 dollar olduğu halda, dəniz suyundan şirin su alınması xərcləri 1 kubmetr üçün 1,5-3 dollar təşkil edir. Bəzi şirkətlərdə isə bu rəqəm 0,8-2,1 dollara enib.
Şirin su zavodu necə işləyir – şirin suyu necə alırlar?
Hazıda dəniz suyunu duzdan təmizləyərək şirin su almaq üçün bir neçə üsul mövcuddur. Bunlar kimyəvi, elektrodializ və əks-osmos üsullarıdır.
Kimyəvi üsulda suya buraxılan reagentlər duzla reaksiyaya girərək onu çökdürür.
Elektrodializ üsulu daha mürəkkəbdir – burada elektroliz hadisəsi baş verir ki, molekulların parçalanması nəticəsində duz sudan ayrılır.
Əks osmos üsulu hazırda ən müasir üsul sayılır – burada su böyük təzyiqlə xüsusi membrana vurulur, Membran elə qurulub ki, su molukullarını buraxır, tullantıların və duzun molekullarını isə saxlayır.
Membranın ölçüsü 0,01 mikrondur. Əks osmos üsulunda su duz, xlor və başqa tərkiblərdən təmizlənir. Buraya daxil olan suyun heç də hamısı təmizlənmir və yenidən dövriyyəyə qayıdır. 1 litr şirinləşmiş suyu 2-7 litr şirinləşməmiş su düşür.
Kimyəvi üsulun qiyməti bahadır – suyun 5%-i qədər reagent tələb olunur, bu da maya dəyərini qat-qat yüksəldir. Üstəlik bu üsul böyük həcmlərdə tətbiq edilə bilmir. İstifadə olunan reagentlər və suyun sonrakı tərkibi isə insan orqanizmi üçün təhlükə yarada bilər.
Ona görə də kimyəvi üsuldan dənizə çıxan yaxta və gəmilərdə istifadə edirlər ki, lazım olanda müəyyən həcmdə su əldə etmək olsun.
Elektrodializ üsulu nisbətən ucuz olsa da, problemi ondadır ki, o suyu axıradək təmizləmir – bu üsulla 1 litr sudan cəmi 10-15 qram duz çıxarmaq olur, dəniz suyunda isə 1 litrdə 30-35 qram duz olur.
Ultrafiltrasiya və ya əks osmos –
hazırda geniş istifdə olunan ən müasir üsuldur və böyük ehtimalla Azərbaycanda da bu texnologiya tətbiq ediləcək. Bu üsuldan dəniz kənarında qurulan böyük zavodlar da istifadə olunur. Məsələn, İsraildə Aşkelon şəhərində qurulan böyük zavodda ildə 118 milyon kubmetr su şirinləşdirilir. Yaponiyada isə «Sumitomo» şirkətinin qurduğu zavodda gündə 9500 kubmetr su şirinləşdirilir.
177 ölkədə dəniz sauyun şirinləşdirir
Hazırda dünyada 177 ölkədə 16 mindən artıq dəniz suyunu təmizləmə qurğusu fəaliyyət göstərir, onlar, ümumilikdə gündə 95 milyon kubmetr suyu şirinəşdirirlər.
Belə qurğular ən çox ərəb və Afrika ölkələrində, eləcə də, İsrail, Çin, ABŞ, Avstraliya və başqa ölkələrdə istifadə olunur.
Məsələn, Səudiyyə Ərəbistanının Ras-Al-Xair zavodu – gündə 1 milyon kubmetrdən sox suyu şirinləşdirir. BƏƏ-dəki Tavil zavodu gündə 900 min kubmetr suyu təmizləyir. Yenə də Səudiyyə Ərəbistanındakı Şuayba-3 və Rabiq-3 zavodları müvafiq olaraq gündə 880 və 660 min kubmetr suyu təmizləyir.
Ümumilikdə isə hazırda Əlcəzairin ümumi gücü gündəlik 2,1 milyon kubmetr olan 9 qurğusu, Avstraliyanın gündəlik gücü 1,6 milyon kubmetr olan 5 qurğusu, İsrailin 1,7 milyon kubmetrlik 4 qurğusu, Küveytin gündəlik 2,3 milyon kubmetr gücü olan 5 qurğusu, Səudiyyə Ərəbistanının isə ümumi gücü 3,1 milyon kubmetr olan 5 qurğusu var.
Yeri gəlmişkən, dəniz suyundan şirin su istehsal edən qurğu Xəzərdə də var. Bu Qazaxıstanın Aktau limanında qurulubvə gündəlik gücü 74 min kubmetrdir.
Şirin suyun acı qayğıarı
Amma dəniz suyunun şirinləşdirilməsi təkcə pulla həll olunan problemlərlə bağlı deyil. Belə müəssisənin işə düşməsi üçün bəzi məsələlər həll olunmalıdır. İlk növbədə bu müəssisənin işləməsi üçün dayanıqlı enerji mənbəyi olmaıdır- suyu şirinləşdirmək enerji tələb edən məşğuliyyətdir və bunun üçün daimi enerji gücü tələb olunur. Müasir su şirinlişdərici qurğuları 1 kubmetr suyun təmizlənməsi üçün 2-3 kilovat saat enerji sərf edir.
Ərəb ölkələri bu məsələni günəş enerjisi stansiyaları qurmaqla həll edirlər. Hazırda ən sərfəli üsullardan biri də budur. Belə ki, IBM şiruətinin dəstəyi ilə Sudiyyə Ərəbistanında qurulan yeni qurğu günəş enerjisi ilə çalışacaq və nəticədə şirin suyun 1 kubmetri 0,5-1,5 dollara başa gəlir. Alimlər texnologiyaları inkişaf etdirməklə bu rəqəmi daha da aşağı salmağa çalışırlar.
İkinci vacib məsələ - tullantıların saxlanmasıdır
Suyun təmizlənmsi üçün həm də tullantıları idarə etmək tələb olunur. Dəniz suyunun şirinləşdirilməsi enerji və zəhmət aparan iş olmaqla yanaşı, həm də böyük həcmdə tullantı yaradır. Hər kubmetr təmizlənmiş sudan 1,5-2 litr tullantı qalır. Gündə 100 min kubmetr suyun təmizlənmsmi zamanı bu - gündə 150-200 kubmetr, ildə isə 55-70 min kubmetr tullantı deməkdir. Dəniz kənarında yerləşən ölkələr adəən bu tullantıları okeana atır, amma əvvəlcə o da təmizənməlidir ki, okeandakı canlılara zərər yetirməsin.
Şirin su zavodunun tikintisi neçəyə başa gəlir?
Zavodun qurulması üçün məbləğ isə zavodun yerləşdiyi ölkədən, qurğunun gücündən və istifadə olunan texnologiyadan asılı olaraq dəyişir.
Məsələn, bir neçə il əvvəl Floridada qurulan şirinləşdirmə zavodu 158 milyon dollara başa gəlib. Hazırda təqribi qiymətləndirmələrə görə, sutkada 100 000 m3 suyun təmizlənməsi üçün qurğuların layihələndirilib inşa edilməsi 60-80 milyon dollar arasında vəsait tələb edir.
Suya pul yatırmasan itirəcəksən
Dəniz suyunun şirinləşdirilməsi təkcə su problemi zamanı tələb olunmur. Belə bir su mənbəyinin mövcud olması gələcəkdə ortaya çıxa bilən zərərlərin qarşısını ala bilər. Məsələn, 2014-2015-ci illərdə Kaliforniyada baş verən böyük quraqlıq nəticəsində ştat 5 milyard dollar zərər gördü. Halbuki bu pulla 5 böyük su şirinləşdirici qurğu inşa etmək və quraqlıqdan qorunmaq mümkün idi. Ştat rəhbərliyi bundan nəticə çıxarıb və artıq indi Kaliforniyada 10 şirinləşdirici qurğu işləyir. Daha 10 qurğu da tikilməkdədir. Hazırda buradakı qurğular gündə 170 min kubmetr şirin su istehsal edir və San-Dieqo dairəsinin suya ehtiyacının 7%-ni təmin edir.
Dünya əhalisinin 4%-i bu sudan istifadə edir
Hazırda dünya əhalisinin 4%-i şirinləşdirici qurğularla alınan sudan istifadə edir. Bu sahə yeni inkişaf etməyə başlayıb və böyük inkişaf potensialına malikdir. Təkcə 1995–2020-ci illərdə şirinləşmiş su istehsalı gündə 20 milyon kubmetrdən 120 milyon kubmetrədən artıb. Belə qurğuların sayı isə 3 mindən 16 minədək yüksəlib. 2025-ci ilədək bu sahədə illik orta artım 10% ətrafında artım olacaq.
Dəniz suyunun təmizlənməsi prosesi su problemini həll etməklə yanaşı, həm də gəlirli biznes sayılır. Belə zavodlara böyük pullar yatırılır və onlar öz pullarını çıxarırlar.