Deputat: Dərmanların gizlədilməsi, sonra yüksək qiymətlə satılması halları var

1 Dekabr 2022, 13:18
Deputat: Dərmanların gizlədilməsi, sonra yüksək qiymətlə satılması halları var
Deputat: Dərmanların gizlədilməsi, sonra yüksək qiymətlə satılması halları var

Azərbaycanda ərzaq qıtlığı yoxdur.

Bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında komitə sədrinin müavini Əli Məsimli bildirib.

“Azərbaycanda qiymət artımı, qiymət artımının manipulyasiyası, dərman preparatlarının gizlədilməsi, bir müddət sonra yüksək qiymətlə bazara çıxarılması, satılması və Azərbaycanın keyfiyyətsiz mallarının satış poliqonuna çevrilməsi halları var. Dərman vasitələrindən əlavə qazanmaq üçün bütün oyunlardan çıxırlar”, - deyə deputat bildirib.