Əcnəbilər Azərbaycanda bank kartları ilə 1,8 milyard manat xərcləyiblər

30 Noyabr 2022, 18:34
Əcnəbilər Azərbaycanda bank kartları ilə 1,8 milyard manat xərcləyiblər
Əcnəbilər Azərbaycanda bank kartları ilə 1,8 milyard manat xərcləyiblər

“İxrac icmalı”nın noyabr sayı təqdim olunub.

İcmalda bildirilir ki, 2022-ci ilin oktyabr ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 149 milyon manat təşkil edib.

 

2022-ci ilin yanvar-sentyabr aylarında isə əcnəbilər bank kartları vasitəsi ilə 1,8 milyard manatlıq əməliyyat aparıblar.