"Bolmart”ın işçilərinin zəhərlənmə səbəbi məlum oldu - Siyahı

4 İyul 2022, 12:48
"Bolmart”ın işçilərinin zəhərlənmə səbəbi məlum oldu - Siyahı
"Bolmart”ın işçilərinin zəhərlənmə səbəbi məlum oldu - Siyahı

Ötən gün saat 14 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən "Bolmart" supermarketində baş vermiş kütləvi zəhərlənmənin səbəbi məlum olub.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Səməd Vurğun küçəsi: 79 D ünvanında yerləşən supermarketin çoxsaylı əməkdaşı qidadan deyil, havadan zəhərlənib.

İlkin araşdırmalar zamanı məlum olub ki, Səməd Vurğun küçəsində yerləşən tikiliyə dünən vurulan örtük maddəsindən ayrılan kimyəvi buxar binaya bitişik olan “Bolmart” supermarketinin havalandırma sistemi ilə sovrulub və marketin salonuna ötürülüb. Nəticədə supermarketdə olan 27 nəfər özünü pis hiss edib. Onlardan 14 nəfərinə yerindəcə ilkin tibbi yardım göstərilib. Lakin supermarketin işçisi olan digər 13 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.

Xəstəxanaya aparılan şəxslərın adlarını təqdim edirik:

Rəmziyə Nağıyeva – 1976

Lalə Məlikova – 1985

Xəyalə Mürəliyeva – 1985

Güldəstə Kərimova – 1987

Çinarə Abakarova – 1993

Vüsalə Ağayeva  - 1978

Natəvan Əliyeva  - 1988

Pərvanə Baxışova – 1986

Aygün Bəşirova – 1987

Alim Cəbrayılov – 1989

Turanə Hüseynova – 1990

Fatimə Mahmudzadə - 1999

Fəridə Quliyeva - 2001

Xəstəxanaya yerləşdirilənlərə zəruri tibbi yardım göstərilib, ambulator müalicə üçün artıq evə buraxılıblar.