Banklar kartlardakı depozit gəlirindən vergi tutacaq

3 Fevral 2023, 13:12
Banklar kartlardakı depozit gəlirindən vergi tutacaq
Banklar kartlardakı depozit gəlirindən vergi tutacaq

Azərbaycanda buraxılmış bank kartları üzrə vəsait qalığına hesablanan gəlirdən 10 faiz dərəcəsi ilə vergi tutulacaq.

Bu barədə cümə günü Trend-ə maliyyə bazarındakı mənbə bildirib.

Mənbənin sözlərinə görə, bu faiz bank tərəfindən tutularaq Dövlət Vergi Xidmətinə (DVX) ödəniləcək.

 

"Ümumiyyətlə, vətəndaşın əldə etdiyi istənilən faiz gəlirindən 10 faiz dərəcəsi ilə vergi tutulacaq", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, 2016-cı ildə Dövlət Vergi Xidməti depozitlər üzrə mənfəətin yeddi il müddətinə vergidən azad edilməsi haqqında qanun qəbul edib. 2023-cü il fevralın 1-də bu müddət başa çatıb. Bundan sonra əmanətin bütün məbləğindən deyil, yalnız mənfəətin məbləğindən vergi tutulacaq.