“Azərkosmos" İlon Maskın qatılacağı beynəlxalq tədbirə - 6,2 MLN. MANAT XƏRCLƏYƏCƏK

25 Yanvar 2023, 12:21
“Azərkosmos" İlon Maskın qatılacağı beynəlxalq tədbirə - 6,2 MLN. MANAT XƏRCLƏYƏCƏK
“Azərkosmos" İlon Maskın qatılacağı beynəlxalq tədbirə - 6,2 MLN. MANAT XƏRCLƏYƏCƏK

“Azərkosmos" bu il 2-6 oktyabr tarixlərində Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinin təşkil edilməsi məqsədilə sərgi pavilyonu konstruksiyalarının satın alınması tenderinə yekun vurub.

tenderin qalibi Almaniyanın "Losberger De Boer" GMBH şirkəti seçilib. Qalib şirkətə müqavilə üzrə 6 milyon 178 min 775.6 manat ödəniləcək.

Qeyd edək ki, “Qlobal çağırışlar və imkanlar: kosmosa şans verək” mövzusunda Bakıda keçiriləcək konqresdə kosmik sahənin aparıcı qurumlarından – ABŞ-ın (NASA), Fransanın (CNES), “Airbus”, “Boeing”, Yaponiyanın (JAXA), Türkiyənin (TUA) və bir çox digər dövlətlərin nümayəndələri də olmaqla 6 mindən çox qonaq bir araya gələcək. Konqresdə "Amazon"un qurucusu və rəhbəri Cef Bezos və ABŞ-ın "Space X" şirkətinin rəhbəri İlon Maskın da iştirakı gözlənilir.