Azərbaycanda ərzağın ən çox bahalaşdığı rayonlar – SİYAHI – QİYMƏT ARTIMI

21 İyun 2022, 22:29
Azərbaycanda ərzağın ən çox bahalaşdığı rayonlar – SİYAHI – QİYMƏT ARTIMI
Azərbaycanda ərzağın ən çox bahalaşdığı rayonlar – SİYAHI – QİYMƏT ARTIMI

 

Azərbaycanda yvanr-may aylarında ərzağın ən çox bahalaşdığı rayon və şəhərlər məlum olub.

FED.az xəbər verir ki, ötən illə müqayisədə ərzağın – qida, içki və tütün məhsullarının ən yüksək qiymət artımı Qax rayonunda, ən aşağı qiymət artımı isə Naxçıvanda qeydə alınıb.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu dövrdə ölkədə ərzaq mallarının ümumi qiymət artımı 17,9% təşkil edib.

Məlumatların açıqlandığı 58 rayon və şəhərdən 26-da qiymət artımı 20%-i keçib. 46 rayonda qiymət artımı respublika üzrə orta göstəricidən yüksək olub.