Azərbaycanda qaz hasilatı və ixracı artır - RƏQƏMLƏR

2 Dekabr 2022, 11:05
Azərbaycanda qaz hasilatı və ixracı artır - RƏQƏMLƏR
Azərbaycanda qaz hasilatı və ixracı artır - RƏQƏMLƏR

 

2022-ci ilin yanvar-oktyabr ayları üzrə Azərbaycanda 38,4 milyard kubmetr təbii qaz hasil edilib. 

FED.az xəbər verir ki, qazın 11,1 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 20,7 milyard kubmetri “Şahdəniz”dən, 6,6 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 7,3 faiz, yəni 2,6 milyard kubmetr artımla qaz hasil edilib. 

Hesabat dövründə xaricə qaz satışı 18,2 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,4 faiz çoxdur. 10 ay ərzində Türkiyəyə 6,9 milyard kubmetr, Avropaya 9,3 milyard kubmetr, Gürcüstana isə 2 milyard kubmetr qaz satılıb. Bu müddətdə Türkiyəyə TANAP-la 4,7 milyard kubmetrə yaxın qaz nəql olunub. 

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən cari ilin 01 noyabr tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 201,2 milyard kubmetr, “Şahdəniz”dən isə 178,2 milyard kubmetrə yaxın qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 124,3 milyard kubmetr həcmi ixraca nəql edilib.