Azərbaycanda minimum saatlıq əməkhaqqı tətbiq edilə bilər.
“Qafqazinfo” xəbər verir ki bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında bağlanan 2026-2028-ci illər üçün Baş Kollektiv Sazişdə əksini tapıb.
Sənədə əsasən, tərəflər minimum əməkhaqqı məbləğinin mərhələlərlə artırılması istiqamətində işləri davam etdirmək və minimum əməkhaqqının ölkə üzrə orta əməkhaqqına nisbətini Avropa Sosial Xartiyasının tələblərinə uyğunlaşdırılması istiqamətində səylər göstərmək və minimum saatlıq əməkhaqqının tətbiq edilməsi ilə bağlı qanunvericiliyə dəyişikliyin təsdiq edilməsinə nail olmaqla əlaqədar üzərlərinə öhdəlik götürüblər.