Azərbaycanda koronavirusla bağlı vəziyyəti açıqlandı

24 May 2023, 13:16
Azərbaycanda koronavirusla bağlı vəziyyəti açıqlandı
Azərbaycanda koronavirusla bağlı vəziyyəti açıqlandı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov ölkəmizdə koronavirusla bağlı vəziyyəti açıqlayıb.

"Report" xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında məlumat verib.

İcraçı direktor hazırda karantin rejiminin davam etdiyini xatırladıb. O bildirib ki, Abşeron rayonu Məhəmmədi qəsəbəsində yerləşən modul tipli xəstəxana koronavirus xəstələrinin müalicəsi ilə məşğuldur.

V.Qurbanov söyləyib ki, hazırda Azərbaycanda aktiv koronavirus xəstələri mövcud olduğu üçün və onların müalicələrinin stasionar rejimdə davam etdirildiyi üçün bununla bağlı tədbirlər də davam etdirilir.