Azərbaycanda ilk pullu yol açılacaq - TARİX AÇIQLANDI

4 İyul 2022, 19:55
Azərbaycanda ilk pullu yol açılacaq - TARİX AÇIQLANDI
Azərbaycanda ilk pullu yol açılacaq - TARİX AÇIQLANDI

Azərbaycanda inşa edilən ilk ödənişli magistral yolun istifadəyə veriləcəyi vaxt açıqlanıb.

FED.az xəbər verir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli məlumat verib.

Qurum rəsmisi bildirib ki, magistral yolun tikintisinin bu ilin sonuna kimi yekunlaşdırılması nəzərdə tutulur:

“Buna paralel olan yol da bərpa olunur ki, vətəndaşlar seçim edə bilsinlər. Vətəndaşlar ödənişli yoldan və digər yoldan istifadə edə biləcəklər. Hazırda Bakı-Quba yolunda bərpa işləri aparılır. Tikinti işləri ilin sonuna kimi yekunlaşdırılacaq. Ümumilikdə isə yolun gələn ildən istifadəyə verilməsi nəzərdə tutulub”.

Qeyd edək ki, 152 kilometrlik Bakı-Quba-Rusiya yolu ödənişli olacaq. Avtomobil yolunda hərəkət intensivliyi nəzərə alınaraq işlər 7 hissədə aparılır.