Azərbaycan neftinin qiyməti 88 dollara yaxınlaşıb

1 Dekabr 2022, 10:48
Azərbaycan neftinin qiyməti 88 dollara yaxınlaşıb
Azərbaycan neftinin qiyməti 88 dollara yaxınlaşıb

 

Dünya bazarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb.

"APA-Economics" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,61 ABŞ dolları və ya 3,06% artaraq, 87,82 dollar təşkil edib.