Azərbaycan banklarının mənfəəti - 1 MİLYARD MANATA YAXINLAŞIB

24 Noyabr 2022, 8:51
Azərbaycan banklarının mənfəəti - 1 MİLYARD MANATA YAXINLAŞIB
Azərbaycan banklarının mənfəəti - 1 MİLYARD MANATA YAXINLAŞIB

Bu ilin ilk 9 ayında Azərbaycan banklarının toplam mənfəəti 1 milyard manata yaxınlaşıb.

FED.az xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev bu gün Bakıda keçirilən 4-cü Beynəlxalq Bank Forumunda (İBF-2022) çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bankların faiz mənəfəti isə 683 milyon manata çatır. Bu da ötən ilin eyni dövrü ilə myqayisədə 35%-dən artıqdır.

ABA sədri tədbirdə iştirak edən Milli Məclisin iqtisadiyyat komissiyasının sədri Tahir Mirkişiliyə, eləcə də İqtisadiyymt Nazirliyi, Dövlət Vergi Xidmətinə əmanətlərin, eləcə də bank sektorunun bəzi fəaliyyət sahələrinə – o cümlədən kreditlərin verilməsi prosesindəki dəstəyə görə təşəkkür edib. «Bank sektoru bu dəstək və imkanlardan uğurla istifadə edib və artıq 1 milyard manata yaxınlaşan mənfəətdən bizim üzərimizə düşən vəsait dövlət bücəsinə keçirilib».