Avro Bölgəsində inflyasiya aşağı düşdü

30 Noyabr 2022, 18:33
Avro Bölgəsində inflyasiya aşağı düşdü
Avro Bölgəsində inflyasiya aşağı düşdü

Eurostat-ın məlumatına görə, Avro Bölgəsində noyabrda illik inflyasiya oktyabrdakı 10,6 faizdən 10 faizə düşüb. Bu, 2020-ci ildən bəri ilk yavaşlamadır.

Bloomberg-in sorğusuna qatılan iqtisadçıların orta proqnozu 10,4 faiz təşkil edirdi.

İnflyasiyanın aşağı düşməsi enerji və xidmət xərclərinin azalması ilə bağlı olub. Ərzaq qiymətləri isə gözləntilərdən yüksək olub.

İnflyasiya aylıq 0,1 faiz azalıb. Proqnoz 0,2% artım idi.

Oktyabrda Avrozona inflyasiyası 10 faizi ötüb ki, bu da Avropa Mərkəzi Bankına (ECB, AMB) faiz təzyiqini artırıb.

ECB-nin sədri Christine Lagarde dünənki çıxışında inflyasiyanın pik nöqtəsini çatmamış ola biləcəyini deyib. ECB iyul ayından etibarən faiz dərəcələrini cəmi 200 baza bəndi artırıb. Növbəti iclasda rəsmilər 75 bəndlik artıma ehtiyac olub-olmadığını müzakirə edəcəklər.

Bloomberg Economics-in baş iqtisadçısı Maeva Cousin, "Bugünkü məlumatlar ECB üçün ümidverici xəbərdir və dekabr ayında 50 baza bəndi artım olacağı ilə bağlı fikirlərimizi dəstəkləyir" deyib.