ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib.
Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.Qeyd edilib ki, İranda yaşayan 4 nəfərə qarşı “terrorizmlə mübarizə” sanksiyaları tətbiq edilib.
Almaniyanın “Lufthansa” aviaşirkəti artan təyyarə yanacağı qiymətləri fonunda genişmiqyaslı uçuş ixtisarına gedir. Şirkət oktyabr ayına qədər təxminən 20 min qısaməsafəli reysi ləğv edəcəyini açıqlayıb. “Qafqazinfo”nun xəbərinə görə, “Lufthansa” Qrupunun yaydığı bəyanatda bildirilir ki, yay aylarında uçuş şəbəkəsi optimallaşdırılacaq və ümumi tutum azaldılacaq.
ABŞ Prezidenti Donald Tramp Pakistan rəhbərliyinin müvafiq xahişi ilə İranla atəşkəs rejiminin uzadıldığını bəyan edib. Banker.az xəbər verir ki, Amerika lideri bu barədə “Truth Social” sosial şəbəkəsində yazıb.