“2025-ci ilə qədər Qarabağa bir milyon turist səfər edəcək”

24 Noyabr 2022, 13:07
“2025-ci ilə qədər Qarabağa bir milyon turist səfər edəcək”
“2025-ci ilə qədər Qarabağa bir milyon turist səfər edəcək”

 

İlkin proqnozlara görə, 2025-ci ilə qədər Azərbaycanın işğaldan azad edilmiş ərazilərijnə yerli və xarici turislər nəzərə alınmaqla təxminən bir milyon insan səfər edəcək.

Bunu açıqlamasında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib.

 

“Hazırda Agentlik həmçin ərazilərdə bir neçə layihə həyata keçirir. Hadrut, Tuğ, Daşaltı, Suqovuşan və Şahbulaqda turizm komplekslərinin tikintisi üçün işlər həyata keçirilir. Ümumilikdə regionun turizm potensialı dəyərləndirilir və turizm məhsulları yaradılır. Əlbəttə, həmin ərazilərdə ilk növbədə minalardan təmizlənmə, infrastrukturun qurulması işləri görülməli, əhali ora qaytarılmalıdır. Düşünürük ki, yaxın 2 il ərzində işğaldan azad edilmiş ərazilər dünya turizmi üçün açılacaq və biz orada qonaqları qəbul edə biləcəyik”, - deyə o qeyd edib.