Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov bu gün baş vermiş zəlzələ ilə əlaqədar “qaynar xətt”in açıldığını bildirib.
Səfir Kahramanmaraş və ətraf vilayətlərdə baş vermiş zəlzələdə zərərçəkən Azərbaycan vətəndaşlarının +90 532 577 61 68 nömrəsi ilə əlaqə saxlamasını xahiş edib.
Qeyd edək ki, ilkin məlumata görə, zəlzələdə 76 nəfər vəfat edib, yüzlərlə yaralı var.