Məktəbli formalarının dəyişəcəyi Nazirlər Kabinetinin qərarı ilə olur.
Elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bununla bağlı qərar yoxdur: “Mərkəzləşmiş formada dəyişiklik nəzərdə tutulmayıb”.
Yaxın Şərq regionunda hərbi gərginliyin daha da dərinləşməsi və eskalasiyanın davamlı xarakter alması halında yaxın mərhələdə qızılın 1 unsiyasının qiyməti 5 500 ABŞ dollarını keçə bilər. Bunu “Azərbaycan Zərgərlər Assosiasiyası” İctimai Birliyinin İdarə Heyəti sədrinin müavini, “Qiymətli metallar və qiymətli daşlar” üzrə Texniki Komitənin sədri, iqtisadçı Rövşən Əmircanov bildirib.
Paytaxtda qəzalı binaların sökülməsi və yeni infrastruktur layihələrinin icrası ilə bağlı mərhələli proses davam edir. Yaxın perspektivdə Bakının bir sıra rayonlarında söküntü işlərinin aparılması planlaşdırılır.