Yayda uşaqlara peyvənd vurdurmaq olarmı?

16 İyun 2022, 12:04
Yayda uşaqlara peyvənd vurdurmaq olarmı?
Yayda uşaqlara peyvənd vurdurmaq olarmı?

Yay mövsümü ilə əlaqədar çox verilən suallardan biri bu mövsümdə peyvəndlərin vurulması ilə bağlıdır. Bəziləri peyvəndlərin sərinlər düşənədək ertələnməsindən və yay mövsümündə uşaqlara peyvənd vurmağın onlara ziyanı olacağından narahatdırlar.

Uzman Pediatr Altay Abdullaoğlunun sözlərinə görə, uşaqların peyvəndlərinin vaxtında vurulması çox mühümdür və xüsusi istisnalar xaric peyvəndləri ertələməməkdə fayda vardır.

Bu baxımdan yayda peyvənd vurulması ilə bağlı narahatlığa ehtiyac yoxdur. İstər qışda, istərsə də yayda bəzən peyvəndlərdən sonra uşaqlarda narahatlıqlar ola bilər. Bunun fəsillərə bağlı əlaqəsi yoxdur. Yayda peyvəndlərdən sonra uşaqda problemlər yaranar kimi düşüncə yanlışdır. Çünki bu hal digər aylarda vurulan peyvəndlər zamanı da baş verə bilir.