Yanvar ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 19% azalıb

15 Fevral 2023, 12:36
Yanvar ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 19% azalıb
Yanvar ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 19% azalıb

 

2023-cü ilin yanvar ayında Azərbaycanın xarici ticarət dövriyyəsi ötən ilin eyni dövrünə nisbətən 19% azalaraq 3 289.53 milyon ABŞ dolları olub.

Azərbaycanın ixracı yanvar ayında 39,2% azalaraq 1 876.84 milyon dollar, idxalı isə 45,4% artaraq 1 412.69 milyon dollara çatıb.

Xarici ticarətdə müsbət saldo isə 4,5 dəfə azalaraq 464.15 milyon dollara bərabər olub.