İsrail şirkəti xəzərin suyunu şirinləşdirəcək.
Marja.az-ın məlumatına görə, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.
"İsrailin su emalı sahəsində tanınmış I.D.E. Water Assets Ltd şirkəti və "Azərbaycan İnvestisiya Şirkəti" ASC arasında ölkəmizdə Xəzər dənizinin suyunun duzsuzlaşdırılması üzrə zavodun yaradılması sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb", - M.Cabbarov yazıb.