Vətəndaşlar ödənişsiz şəkildə öz kredit tarixçələrini nəzərdən keçirə bilərlər

10 Yanvar 2023, 13:32
Vətəndaşlar ödənişsiz şəkildə öz kredit tarixçələrini nəzərdən keçirə bilərlər
Vətəndaşlar ödənişsiz şəkildə öz kredit tarixçələrini nəzərdən keçirə bilərlər

Mərkəzi Bankın sərəncamında olan Mərkəzləşdirilmiş Kredit Reyestri Sistemində (MKRS) vətəndaşların onlara aid məlumatlara çıxış imkanlarının təşkil edilməsi məqsədilə Mərkəzi Bankın Elektron Xidmətlər Portalında müvafiq funksionallıq yaradılmış və cari ilin 10 yanvar tarixindən istifadəyə verilmişdir.

Vətəndaşlar istənilən vaxt Elektron Xidmətlər Portalında yeni yaradılmış səhifəyə (https://accr.e-cbar.az) “ASAN Login” vasitəsilə daxil olaraq ödənişsiz şəkildə öz kredit tarixçələrini nəzərdən keçirə bilərlər."Ölkədə əhalinin və biznes subyektlərinin maliyyə resurslarına çıxışının asanlaşdırılması və yeni maliyyə alətlərindən geniş istifadənin təmin edilməsi məqsədilə Mərkəzi Bank tərəfindən bu sahədə tədbirlərin davamlı olaraq həyata keçirilməsi planlaşdırılır",- Mərkəzi Bank bildirir.