Vatsapda daha bir - Yenilik

19 Sentyabr 2024, 10:19
Vatsapda daha bir - Yenilik
Vatsapda daha bir - Yenilik

Vatsap messenceri istifadəçilərə yeni funksiyanı təqdim etməyə hazırlaşır.

 

Messencer istifadəçilər statuslar paylaşarkən xüsusi kontaktları etiketləməyə imkan verən yeni funksiyasını sınaqdan keçirməyə başlayıb. İstifadəçilər “status” bölməsində ekranının aşağı sağ tərəfində əlavə edilmiş “@” simvoluna sıxaraq kontaktlarından birini asanlıqla əlavə edə biləcəklər.

Həmçinin vatsap istənilən postda etiketlənmiş istifadəçilərə bildirişlər göndərməklə yanaşı, eyni zamanda instaqramda olduğu kimi paylaşılan postu yenidən paylaşmağa imkan verəcək. 

Qeyd olunub ki, status yeniləməsinə baxan digər insanlar kimin qeyd edildiyini görə bilməyəcək. Bildiriş və mesajı yalnız qeyd olunan şəxs çatında alacaq. Bu, istifadəçi ilə qeyd olunan şəxs arasında qarşılıqlı əlaqənin gizli qalmasını təmin edir. Nəticədə, işarələnən şəxs statusu özü də paylaşmadan kimlərin görə biləcəyi ilə bağlı şəxsləri seçə bilər.