Vahid Ələkbərovun oğlu yenə liderdir

30 May 2023, 12:51
Vahid Ələkbərovun oğlu yenə liderdir
Vahid Ələkbərovun oğlu yenə liderdir

“Forbes” rusiyalı milyarderlərin 49 ən varlı varislərinin cari ilin 10 mart tarixinə olan reytinqini açıqlayıb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, reytinqə azərbaycanlı iş adamı, “Lukoyl” şirkətinin təsisçisi Vahid Ələkbərovun oğlu Yusif Ələkbərov rəhbərlik edib. Onun mirası 20,5 milyard dollar təşkil edir.

Bildirilir ki, Y. Ələkbərov artıq bir neçə ildir ən varlı varis olaraq qalır.

Reytinqin ikinci pilləsində isə “EuroChem” şirkətinin təsisçisi Andrey Melniçenkonun qızı və oğlu Tara və Adrian Melniçenko yer alıb. Onların hər birinin mirası 12,5 milyard dollardır.

Üçüncü pillədə isə “Novatek” və “Sibur” şirkətlərinin sahibi Leonid Mixelsonun övladları qərarlaşıb. Onların mirası hər biri üçün 10,8 milyard dollar təşkil edir.