Tıxacdan boğulan Bakıda metro stansiyaların tikintisi niyə ləngiyir?

1 Mart 2023, 17:11
Tıxacdan boğulan Bakıda metro stansiyaların tikintisi  niyə ləngiyir?
Tıxacdan boğulan Bakıda metro stansiyaların tikintisi niyə ləngiyir?

Bu gün Vladimir Putin və Moskva şəhərinin meri Sergey  Sobyanin Moskva Metrosunun Böyük Dairəvi Xəttinin (BDX) son 9 stansiyasının açılışını ediblər. 2018-ci ildən başlanan BDX 71 km və 31 stansiyadan ibarətdir. BDX 100 qatarla Moskvanın 34 rayonu arasında 2,5 mln. sərnişin daşıyacaq.  Sanksiya altında olan Rusiya cəmi 5 ilə dünyanın ən böyük yeraltı dairəvi dəmir yolunu tikib, başa çatdırmaqla uzunluğu 57 km olan Pekin yeraltı dairəvi xəttini 2-ci yerə atdı.

Возможно, это изображение ‎карта и ‎текст «‎савеловская 2022 рижская петровский парк марьина роща хорошево мневники 2022 терехово цска кунцевская сокольники хорошевская 2022 народное ополчение шелепиха тестовская выставочная электрозаводская деловой центр лефортово давыдково 31 станция авиамоторная аминьевская нижегородская мичуринский проспект текстильщики 2022 проспект вернадского печатники 2022 2022 калужская варшавская нагатинский новаторская затон каховская 2022 ه воронцовская зюзино فه 2022 2022 кленовый севастопольская каширская бульвар‎»‎‎

Tıxac problemindən xroniki əziyyət çəkən və son bir həftədə sözün əsl mənasında tıxanan Bakı üçün bu məlumat çox aktualdır. Metro stansiyaların tikintisi Bakıda niyə ləngiyir, Bakı ətrafına elektrik qatarları niyə işləmir? Qeyd edək ki, son 30 ildə Bakıda cəmi 7 stansiya istifadəyə  verilib ki, onların da təxminən yarısı Sovetlərin dağılma dövründə konservasiya edilmişdi.

Xocəsən metro stansiyasının və Bənövşəyi xəttin deposunun açılışında Dövlət Başçısına təqdim edilən məlumata görə:

4.6 km uzunluğunda Dərnəgül- Koroğlu xəttinin tikintisi və 3 stansiya – 893 milyon manat və 5 il müddət tələb olunur;

Xətai stansiyasından sonra iki stansiyanın (Y 14 və Y15) tikintisi – 607 milyon manat və 3 il müddət tələb olunur;

Y15- Həzi Aslanov xəttinin və iki yeni stansiyanın tikintisi - 715 milyon manat və 3 il müddət tələb olunur;

28 May/ C. Cabbarlı stansiyalarında Qırmızı və Yaşıl xəttlərin ayrılması – 127.5 milyon manat tələb olunur;

Yaşıl xətt üçün Dərnəgül elektrik deposunun inşasının tamamlanması -153.6 milyon manat tələb olunur.

Beləliklə yuxarıda sadalanan layihələrə 5-6 il ərzində 2.5 milyard manat xərcləmək lazımdır ki, buna da ildə cəmi təxminən 500 milyon tələb olunur. Razılaşaq ki, bu dövlət üçün elə də böyük məbləğ deyil. Səhv etmirəmsə, 2022-ci ilin Dövlət Büdcəsində ~3 mlrd.manat ətrafında profisit yaranmışdı.  Mövcud mənzərə və problemdən qismən də olsa çıxış yolu məlumdur. Bizə isə ancaq tezliklə Bakının tıxacdan qurtulacağını gözləmək və ümid etmək qalır.