“Twitter” və “Meta”nın ixtisar etdiyi işçiləri “TikTok” - İŞƏ GÖTÜRƏCƏK

17 Noyabr 2022, 13:51
“Twitter” və “Meta”nın ixtisar etdiyi işçiləri “TikTok” - İŞƏ GÖTÜRƏCƏK
“Twitter” və “Meta”nın ixtisar etdiyi işçiləri “TikTok” - İŞƏ GÖTÜRƏCƏK

TikTok”un işə götürənləri ixtisar olunan bəzi “Twitter” və “Meta” işçilərinə müraciət edərək onları San-Fransisko körfəz bölgəsindəki ofislərinə cəlb ediblər. Mənbələrə görə, şirkət oradakı işçi qüvvəsini təxminən iki dəfə artıraraq 2 min nəfərə çatdırmağı planlaşdırır.

 

FED.az  xəbər verir ki, şirkətin həmçinin Los-Anceles və Nyu-Yorkda, London və Dublində də böyük ofisləri var. Ümumilikdə, “TikTok”a sahib olan Çinin “ByteDance” şirkətində dünya üzrə 150 minə yaxşı işçi çalışır.

Xatırladaq ki, cari ilin noyabr ayında beynəlxalq İT şirkətlərində kütləvi ixtisarlar olub. “Twitter” işçilərinin 50%-ni, “Meta” 13%-ni, “Amazon” isə 10 min işçini işdən çıxarıb.