Twitter-də uzun postlar dövrü başlayır - Hərf Limiti Kəskin Artırılır

12 Dekabr 2022, 11:53
Twitter-də uzun postlar dövrü başlayır - Hərf Limiti Kəskin Artırılır
Twitter-də uzun postlar dövrü başlayır - Hərf Limiti Kəskin Artırılır

Twitter-in sahibi İlon Mask yazılardakı simvolların sayını 280-dən 4 minə qədər artıracağını təsdiqləyib.

İlon Mask Twitter-in paylaşımlardakı simvolların sayını 280-dən 4 minə yüksəldəcəyini açıqlayıb. O, bu barədə sosial şəbəkədə istifadəçilərin sualını cavablandırarkən yazıb.

Xatırladaq ki, Twitter indiyədək postların qısalığı ilə seçilib – əvavəllər buradakı mətnlərdə simvol sayı 140-dan artıq ola bilməzdi, sonradan bu limit 280-ə qaldırılmışdı. İndi isə limitin 4 minə qaldırılması nəzərdə tutulur.