Türkiyədəki zəlzələdə 100 hərbçi şəhid olub

20 Fevral 2023, 10:08
Türkiyədəki zəlzələdə 100 hərbçi şəhid olub
Türkiyədəki zəlzələdə 100 hərbçi şəhid olub

Türkiyədə baş verən dağıdıcı zəlzələ nəticəsində 100 hərbçi həlak olub.

Bu barədə məlumatı Türkiyənin milli müdafiə naziri Hulusi Akar açıqlayıb. 

Onun sözlərinə görə, 2 hərbçi isə itkin düşüb: “Onların dağıntılar altında olduğunu güman edirik. Bununla yanaşı, hərbçilər arasında yaralananlar da var”.