Türkiyədə zəlzələ olub, 20 binaya ziyan dəyib, yaralılar var - YENİLƏNİB

4 Noyabr 2022, 11:11
Türkiyədə zəlzələ olub, 20 binaya ziyan dəyib, yaralılar var - YENİLƏNİB
Türkiyədə zəlzələ olub, 20 binaya ziyan dəyib, yaralılar var - YENİLƏNİB

İzmirdə baş verən zəlzələ zamanı 20 binaya ziyan dəyib.

APA xəbər verir ki, bu barədə daxili işlər naziri Süleyman Soylu bildirib.

O qeyd edib ki, 3 nəfər xəsarət alıb.

***

09:32

Türkiyənin qərbində 4.6 bal gücündə zəlzələ baş verib.

APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) rəsmi internet səhifəsində bildirilib.

Zəlzələnin episentri Egey dənizinin sahilində, 10 km dərinlikdə və İzmir şəhərindən 10 km cənub-şərqdə yerləşib.

Dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.