Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, episentri Kahramanmaraş Pazarcıkda olan və 10 vilayətdə hiss edilən 7,7 bal gücündə zəlzələ ilə bağlı AFAD-ın qərargahında açıqlama verib.
Marja xəbər verir ki, Prezident Ərdoğan, "İndiyə qədər 912 vətəndaşımız həyatını itirib. 2 min 470 nəfər xilas edilib. Dağıldığı müəyyən edilən binaların sayı isə 2 min 818-dir" deyib.
Prezident qeyd edib ki, zəlzələ bölgəsində dağıntılarda axtarış işləri davam etdiyindən ölən və yaralananların sayının nə qədər artacağı bilinmir.
"Belə vaxtlarda nəqliyyatın və rabitənin sağlam olması böyük əhəmiyyət kəsb edir. Yardım üçün bölgəyə gedəcək qurumlar AFAD ilə birlikdə hərəkət etməlidir",- Ərdoğan əlavə edib.