Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan "Türk əsilli əcnəbilərin Türkiyədə peşə və sənətlərini sərbəst şəkildə yerinə yetirə bilmələri, dövlət və ya özəl qurum, təşkilat və ya iş yerlərində çalışa bilmələri" haqqında Qanunun tətbiqi haqqında əsasnamədə dəyişiklik edilməsinə dair Qərar imzalayıb.
"Report" xəbər verir ki, bu barədə "Resmi Gazete" məlumat yayıb.
Bildirilib ki, yeni qərara əsasən, Türk əsilli əcnəbilərin çalışma və ya çalışdırılmalarına icazə verilməsi üçün Daxili İşlər Nazirliyi tərəfindən yaşayış icazəsi, bu peşəni icra etməsində təhlükəsizlik baxımından hər hansı bir maneənin olmaması, xarici ölkələrdən alınmış sertifikatların ekvivalentliyinə müvafiq qurumlar tərəfindən qərar, Prezident qərarı ilə müəyyən edilmiş Türk soylu icmadan olmaq lazımdır.