Türkiyə Statistika Qurumu (TÜİK) 2022-ci ilin noyabr ayı üzrə istehlakçı qiymətləri indeksini (inflyasiya göstəricisi) açıqlayıb.
Marja xəbər verir ki, Noyabrda ölkədə illik inflyasiya 84,39 faiz təşkil edib (qiymətlər 2021-ci ilin noyabr ayı ilə müqauisədə 84,39% artıb).
Oktyabrda Türkiyədə illik inflyasiya 85,51 faiz olaraq qeydə alınmışdı. Beləliklə, inflyasiya il yarımdan sonra ilk dəfə yavaşlayıb.
İllik inflyasiya üzrə proqnoz 84,33% idi.
Qeyd edək ki, alim və iqtisadçıların yaratdığı inflyasiya araşdırma qrupu (ENAG - Enflasyon Araştırma Grubu) noyabrda Türkiyədə istehlak qiymətlərinin artımını da hesablayıb: İllik inflyasiya bir ay əvvəlki 186,27%-dən 170,7%-ə enib.