Güclü zəlzələlərin böyük ziyan vurduğu qardaş Türkiyədə televiziya kanallarının iştirakı ilə "Türkiyə Tək Ürək" yardım kampaniyası keçirilib.
Yardım gecəsində 115 milyard 146 milyon 528 min türk lirəsi (10 milyard 400 milyon manat) toplanıb.
Serial və proqramların məşhur simaları canlı yayımda Kahramanmaraş faciəsinin yaralarını sarmaq üçün Türkiyəyə ianə çağırışı ediblər. Türkiyənin qabaqcıl iş adamları bir-birinin ardınca rekord yardımlar ediblər.
Dünən axşam Türkiyə, Şimali Kipr və Azərbaycandan 213 televiziya və 562 radionun iştirak ilə canlı yayım olub.