Türkiyə Prezidentinin Azərbaycana səfər proqramı - AÇIQLANIB

20 Oktyabr 2022, 12:31
Türkiyə Prezidentinin Azərbaycana səfər proqramı - AÇIQLANIB
Türkiyə Prezidentinin Azərbaycana səfər proqramı - AÇIQLANIB

Ərdoğan Zəngilan Beynəlxalq Hava Limanı ilə yanaşı, Zəngilanda “Dost Aqropark”ın açılış mərasiminə qatılacaq.

Eyni zamanda, Türkiyə dövlət başçısı Cəbrayılda Qumlaq dəmiryolu stansiyası ilə Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Tədris Mərkəzi, Ağıllı Fidancılıq və Dostluq Meşə Kompleksinin təməlqoyma mərasimlərində iştirak edəcək.

Bundan sonra Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüş keçirəcək, birgə mətbuat konfransında çıxış edəcək.(Apa)