Trampa qarşı növbəti sui-qəsd cəhdi olub

15 Sentyabr 2024, 22:58
Trampa qarşı növbəti sui-qəsd cəhdi olub
Trampa qarşı növbəti sui-qəsd cəhdi olub

ABŞ-də Respublikaçılar Partiyasından prezidentliyə namizəd, sabiq prezident Donald Trampa qarşı daha bir sui-qəsd cəhdi olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “AP” məlumat yayıb.

Məlumata görə, Florida ştatında təbliğat kampaniyası edərkən onunun olduğu ərazidə silah səsləri eşidilib.

Trampın vəziyyətinin yaxşı olduğu bildirilisə də, əlavə məlumat verilməyib.

Qeyd edək ki, Donald Tramp 2 ay əvvəl Pensilvaniya ştatında sui-qəsd cəhdi zamanı qulağından güllələnmişdi.