Torpağa tələbat artır: 2025-ci ildə də bahalaşma gözlənilir

2 İyul 2025, 20:19
Torpağa tələbat artır: 2025-ci ildə də bahalaşma gözlənilir
Torpağa tələbat artır: 2025-ci ildə də bahalaşma gözlənilir

Torpaq sahələrinin qiymətində artım sürətlənir, 2025-ci ildə bahalaşma davam edir.

bu barədə Azərbaycan Beynəlxalq Bankının (ABB) “Bakı şəhəri üzrə daşınmaz əmlak bazarının təhlili” adlı hesabatında məlumat verilib.

2023-cü illə müqayisədə 2024-cü ildə torpaq sahələrinin orta qiyməti 14% artıb. Bakı şəhəri üzrə torpaq qiymətlərində artım tendensiyası 2022-ci ildən başlayaraq davam edir.

Hesabata əsasən, 2022-ci ildən bu yana torpaq sahələrinin dəyəri ümumilikdə 44% yüksəlib. Torpaq bazarında təklifin məhdudlaşması və tələbin artması qiymətlərin davamlı artımını şərtləndirib. Məlumata görə, 2025-ci ilin I rübündə torpaq sahələrinin qiyməti 2024-cü ilin eyni dövrü ilə müqayisədə 19% bahalaşıb.

Ekspertlərin fikrincə, urbanizasiya və şəhərsalmanın genişlənməsi boş torpaq sahələrinin azalmasına gətirib çıxarır, bu isə torpağa olan tələbatı artıraraq qiymət artımını qaçılmaz edir. Nəticədə, 2025-ci ildə də torpaq sahələrinin qiymətlərində artımın davam edəcəyi proqnozlaşdırılır.