Tbilisi prospektində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

29 Avqust 2022, 18:29
Tbilisi prospektində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Tbilisi prospektində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

30 avqust saat 08:00-dan saat 20:00–dək Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində ("20 Yanvar" dairəsindən İzmir küçəsinədək olan hissə) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) “APA-Economics”ə verilən məlumata görə, sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.