Taleh Kazımov: Mərkəzi Bank 10 ayda manatın 9,2% bahalaşmasını müşahidə edib

16 Noyabr 2022, 21:31
Taleh Kazımov: Mərkəzi Bank 10 ayda manatın 9,2% bahalaşmasını müşahidə edib
Taleh Kazımov: Mərkəzi Bank 10 ayda manatın 9,2% bahalaşmasını müşahidə edib

 

İnflyasiya birbaşa xarici mənşəli amillə bağlıdır.

APA-Economics” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov 2023-cü ilin dövlət büdcəsinin layihəsi ilə bağlı çıxışında bildirib.

“Hazıra valyuta bazarında sabitlik müşahidə olunur. Mərkəzi Bank 10 ayda manatın 9,2% bahalaşmasını müşahidə edib. Dövr ərzində biznes kreditləri 12% artıb ki, bunun da ümumilikdə sektorda payı 56% təşkil edir. 10 ayda bank sektoruna inam əhəmiyyətli dərəcədə artıb. Manatla depozitlərin həcmi 29,5% artıb. Dedollaraşma isə 2,5% azalaraq 38,6%-ə çatıb”, - deyə AMB sədri bildirib.