"Su qıtlığının günahkarları iri biznesmenlərdir"

13 Mart 2023, 10:52
"Su qıtlığının günahkarları iri biznesmenlərdir"
"Su qıtlığının günahkarları iri biznesmenlərdir"

"Kür çayının qurumasının əsas səbəbi qlobal iqlim dəyişikliyi deyil, su sərfiyyatının artması və düzgün idarə edilməməsidir".

 Bu sözləri ekoaktivist Cavid Qara deyib.

Onun sözlərinə görə, su sərfiyyatının kəskin şəkildə artmasının əsas səbəbi isə daha öncə suvarılmayan isti iqlim şəraiti olan qış otlaqlarının intensiv suvarılmaya cəlb olunmasıdır.

Ekofəal deyib ki, bu vəziyyətin yaranmasına görə iri biznesmenlər günahkardırlar. Çünki onlar minlərlə hektar ərazidə ənənəvi selləmə qaydasında suvarma həyata keçirirlər. Bu da kütləvi su itkisinə səbəb olur.

O ki qaldı vəziyyətdən çıxış yollarına, ekofəal Cavid Qara hesab edir ki, ölkəmizdə su resurslarına uyğun kənd təsərrüfatı modelı qurulmalıdır. Xüsusilə pambıqçılıq, taxılçılıq və birillik bitkilərdən imtina edərək tərəvəzçilik, intensiv bağçılıq və istixanalar kimi gəlirli sahələrə yönəlmək lazımdır. Bundan başqa, torpaq örtüklü kanallar beton örtüklərlə əvəz olunmalı, suvarılmada müasir və qənaətli texnologiyalar tətbiq edilməlidir. Həmçinin ödənişli suvarılma sisteminə keçid də tətbiq oluna bilər.

"Meliorasiya və Su Təsərrüfatı" ASC-nin nümayəndəsi Riad Axunzadə isə Kürün suyunun azalmasında birinci səbəb kimi iqlim dəyişikliklərini göstərsə də, ikinci səbəbin əkin sahələrinin artması olduğunu deyib. Bundan başqa, fermerlərin selləmə suvarmadan istifadə etmələri, torpağa aqrotexniki qulluq göstərməmələri də suyun ərazilərdə itkiyə getməsinə səbəb olur. (Xezerxeber.az)