Səhiyyə naziri: Pandemiyanın sonuna doğru gedirik

22 Sentyabr 2022, 12:58
Səhiyyə naziri: Pandemiyanın sonuna doğru gedirik
Səhiyyə naziri: Pandemiyanın sonuna doğru gedirik

“Azərbaycanda yetərincə vaksin var. Bu günə qədər peyvənd vurdurmayan şəxsləri vaksinasiyadan keçməyə çağırıram”.

APA xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

Nazir Azərbaycanda pandemiya ilə bağlı vəziyyəti də açıqlayıb: “Ümumdünya Səhiyyə Təşkilatının rəhbərliyi artıq pandemiyanın sonuna yaxınlaşması ilə bağlı işıq görüldüyünü bildirib. Azərbaycanda koronavirusdan ölüm halları minimal səviyyədədir. Yoluxanlar hələ də var. Buna görə pandemiyanın sonuna doğru getdiyimizi bəyan edə bilərəm”.