Xəbər verildiyi kimi, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti (DMNX) Dövlət Gömrük Komitəsində (DGK) yoxlama aparıb və böyük yeyintilər aşkar edib.
FED.az xatırladır ki, 2018-2022-ci illər dövrünü əhatə edən – yoxlama zamanı 132 milyon manat məbləğində gömrük ödənişinin az hesablandığı və bu qədər vəsait dövlət büdcəsinə az ödənildiyin aşkar edilib.
Yoxlama birbaşa olaraq komitənin keçmiş rəhbəri Səfər Mehdiyevin dövrünü əhatə edib.
İndi isə məlum olub ki, Dövlət Gömrük Komitəsində həmin dövrləri əhat edən yoxlama Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) məktublarına və qərarlarına əsasən aparılıb.
Belə ki, DTX bir sıra qurumlarda vəsaitlərin istifadəsinin yoxlanması üçün Maliyyə Nazirliyinə müraciət edib, onların arasında DGK də olub.