Rusiyanın “Regnum“ xəbər agentliyi fəaliyyətini dayandırıb

2 Noyabr 2022, 21:56
Rusiyanın “Regnum“ xəbər agentliyi fəaliyyətini dayandırıb
Rusiyanın “Regnum“ xəbər agentliyi fəaliyyətini dayandırıb

 

APA xəbər verir ki, bu barədə agentlik “Telegram” kanalında məlumat yayıb.

“Hörmətli oxucular! “Regnum“ informasiya agentliyinin sahibi idarə heyətini heç bir səbəb olmadan dəyişib. Vəziyyət aydınlaşana qədər agentlik fəaliyyətini dayandırır”,- deyə baş redaktor Modest Kolerov açıqlamasında bildirib.

Hazırda agentliyin saytına daxil olarkən yayımın dayandırılması barədə yazı əks olunur.

Xatırladaq ki, Modest Kolerov “Regnum” agentliyinin həmtəsisçisi və baş redaktorudur.