Rusiya 47 ton pomidoru Azərbaycana - GERİ GÖNDƏRDİ

24 İyun 2022, 21:16
Rusiya 47 ton pomidoru Azərbaycana - GERİ GÖNDƏRDİ
Rusiya 47 ton pomidoru Azərbaycana - GERİ GÖNDƏRDİ

Azərbaycandan Rusiyanın Həştərxan vilayətinə göndərilən pomidorlarda qonur qırışıqlıq virusu (Tobamovirus ToBRFV) aşkar olunub.

FED.az xəbər verir ki, Rusiya mediasına istinadən xəbər verir ki, Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) idarəsinin həyata keçirdiyi fitosanitar nəzarət zamanı Azərbaycandan göndərilən sözügedən pomidor partiyasında virus aşkarlanıb. 

Nəticədə 47 tonluq pomidor partiyası ölkəyə geri göndərilib.