Respublika ərazisinin seysmik rayonlaşdırma xəritəsi hazırlanacaq

15 Fevral 2023, 12:39
Respublika ərazisinin seysmik rayonlaşdırma xəritəsi hazırlanacaq
Respublika ərazisinin seysmik rayonlaşdırma xəritəsi hazırlanacaq

Seysmik aktiv bölgələrdə yerləşən dövlətlərdə zəlzələyə dayanıqlılıq məsələsinin başlıca problemlərdən biri olduğunu deyən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bu istiqamətdə aparılacaq elmi tədqiqatların problemin həllinə öz töhfəsini verə biləcəyini söyləyib. O, həmçinin qeyd edib ki, ölkəmizdə “Seysmologiya” ixtisası üzrə yüksəkixtisaslı kadr hazırlığı işinə diqqət daha da gücləndirilməlidir və bu istiqamətdə doktorantura təhsilinin yaradılmasına da ehtiyac var.

Bildirilib ki, Rəyasət Heyəti tərəfindən kompleks seysmoloji-geofiziki-geodinamik tədqiqatların daha da genişləndirilməsi və keyfiyyətinin yüksəldilməsi məqsədi ilə respublika ərazisinin seysmik rayonlaşdırma xəritəsinin hazırlanması, mərkəzin maddi-texniki bazasının və proqram təminatının yenilənməsi və s. haqqında qərarlar qəbul edilib.