“Qızıl top”a namizədlərin yekun siyahısı - Nə Messi var, nə də Ronaldo

5 Sentyabr 2024, 8:32
“Qızıl top”a namizədlərin yekun siyahısı - Nə Messi var, nə də Ronaldo
“Qızıl top”a namizədlərin yekun siyahısı - Nə Messi var, nə də Ronaldo

“Qızıl top” (Ballon D’Or) mükafatının yekun namizəd siyahısı açıqlanıb.

France Football” nəşrinin yaydığı siyahıda 30 futbolçu yer alıb.

Siyahıda Madrid “Real”ından 7 futbolçu var. Dünya futbolunun superstarları Kriştiano Ronaldo ilə Lionel Messi siyahıda yer almayıb.

Cud Bellinqem (Real), Ruben Dias (Mançester Siti), Fil Foden (Mançester Siti) Federiko Valverde (Real), Emiliano Martines (Aston Villa), Erlinq Holand (Mançester Siti), Niko Vilyams (Atletik), Qranit Caka (Arsenal), Artem Dovbik (Jirona/Roma), Toni Kroos (Real), Vinisius Junior (Real), Dani Olmo (Leypsiq/Barselona), Florian Virts (Bayer), Martin Odeqar (Arsenal), Mats Hummels (Borussiya/Roma), Rodri (Mançester Siti), Harri Keyn (Bavariya), Deklan Rays (Arsenal), Vitinya (PSJ), Koul Palmer (Çelsi), Dani Karvahal (Real), Lamin Yamal (Barselona), Bukayo Saka (Arsenal), Hakan Çalhanoğlu (İnter), Vilyam Saliba (Arsenal), Kilian Mbappe (PSJ/Real), Lautaro Martines (İnter), Ademola Lukman (Atalanta), Antonio Rüdiger (Real).

Qeyd edək ki, “Qızıl top”un qalibi oktyabrın 28-də müəyyənləşəcək.