Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Qlobal Ərzaq Qiymətləri İndeksi ardıcıl 12 aydır aşağı düşür.
Marja xəbər verir ki, FAO-nun Ərzaq Qiymətləri İndeksi mart ayında aylıq 2,15 faiz, illik 20,5 faiz azalıb.
Beynəlxalq ərzaq əmtəələrinin qiymətləri indeksi taxıl və bitki yağları üzrə dünya kotirovkalarının azalması ilə əlaqədar mart ayı üzrədə ardıcıl 12-ci ayda aşağı düşüb.
FAO Ərzaq Qiymətləri İndeksi (FFPI) ərzaq malları səbətinin beynəlxalq qiymətlərində aylıq dəyişikliyin ölçüsüdür. İndeks, beş əmtəə qrupu qiymət indekslərinin orta göstəricisidir.
"İndeks 2023-cü ilin mart ayında orta hesabla 126,9 bənd təşkil edərək, fevral ayına nisbətən 2,8 bənd (2,1 faiz) azalıb. FFPI bir il əvvəl pik həddinə çatdıqdan sonra ardıcıl on ikinci aydır enişi qeyd edir. 2022-ci ilin martından bu yana keçən on iki ay ərzində indeks 32,8 bənd (20,5 faiz) azalıb. Mart ayında indeksin azalmasına dənli bitkilərin, bitki yağı və süd məhsullarının qiymət indekslərindəki geriləmə səbəb olub. Şəkər və ətin qiymətlərində isə artım olub",- FAO bildirib.