Tanınmış amerikalı investor Cim Rocers müsahibəsində bildirib ki, yığılmış borcun həddən artıq çox olması səbəbindən yaxın iki-üç il dünya iqtisadiyyatı üçün ən pis il ola bilər.
Rocers dünyanın ən məşhur investorlarından biridir və milyarder Corc Sorosla birlikdə yaratdığı Quantum investisiya fondunun həmtəsisçisidir. Rocers investisiya mövzusunda bir sıra kitabların müəllifidir. Rogers Beynəlxalq Əmtəə İndeksi (RICI) onun adını daşıyır.
“Qarşıdakı iki-üç il, yəqin ki, həddindən artıq borclar üzündən həyatımın ən pis illəri olacaq",- Rocers deyib.
“2009-cu ildən bu yana bütün dünyada çox böyük məbləğdə borc yaranıb”, - deyə investor bildirib.
Rogers hesab edir ki, qarşıdan gələn çətinliklər dövrü "çox pis" ola bilər, bu da narahatlığa səbəb olmalıdır. “Yenə də iqtisadi problemlər yaşayacağıq",- o əlavə edib. (Marja)